“Atalanta” stadionunun adı dəyişdi

“Atalanta” və “New Balance” idman brendi əməkdaşlıqlarının yeni mərhələsini elan ediblər: artıq Berqamo Stadionu “New Balance Arena” adlanacaq.
90plus.az xəbər verir ki, “New Balance” ilə tərəfdaşlıq 2025/26 mövsümünün əvvəlində başlayıb – şirkət klubun rəsmi sponsoru və forma təchizatçısı olub.
Stadionla yanaşı, brend klubun uşaq akademiyasının da eksklüziv ad hüququnu əldə edib.
Akademiya məşqçi və gənc istedadların müəllimi kimi tanınan Mino Favininin şərəfinə “New Balance Academy – Dedicata a Mino Favini” adlandırılıb.
© Copyright 2025, All Rights Reserved