"Atalanta"da yeni dövr: Baş məşqçi postuna İvan Yuriç təyin olundu

İtaliya A Seriyasının tanınmış klublarından olan "Atalanta"da baş məşqçi dəyişikliyi baş verib.
90plus.az xəbər verir ki, klub rəhbərliyi uzun illər komandaya rəhbərlik edən Can Pyero Qasperini ilə yollarını ayırdıqdan sonra baş məşqçi vəzifəsinə İvan Yuriçi gətirdiyini rəsmən açıqlayıb.
"Atalanta" klubunun yaydığı rəsmi məlumata görə, Xorvatiyalı mütəxəssislə 30 iyun 2027-ci il tarixinə qədər müqavilə imzalanıb. İvan Yuriç məşqçilik karyerası ərzində daha əvvəl "Mantova", "Krotone", "Cenoa", "Hellas Verona", "Torino" və "Roma" kimi klublarda çalışıb. O, son olaraq İngiltərə təmsilçisi "Sauthempton"un baş məşqçisi olub.
Can Pyero Qasperininin rəhbərliyi altında "Atalanta" 2023-2024 mövsümündə UEFA Avropa Liqasının qalibi olmuş və A Seriyasını 74 xalla 3-cü pillədə başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqə qazanmışdı.
© Copyright 2025, All Rights Reserved