"Ateltiko"da ciddi itki yaşandı
İspaniyanın “Atletiko” klubunun heyətində itki yaşanıb.
90plus.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Pablo Barrios zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu komandanın məşqi zamanı ayaq əzələsindən zədə alıb. Onun meydanlara qayıdış müddətinin müalicə prosesindən asılı olacağı bildirilib.
Qeyd: Pablo Barrios 2017-ci ilin yayında “Real”ın akademiyasından “Atletiko”ya transfer olunub. İspaniya millisinin üzvü bu mövsüm Madrid klubunun heyətində 33 rəsmi oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved