“Atletiko” 10 nəfərlə 1 xal aldı

10 nəfərlə qalan “Atletiko Madrid” mövsümdə dördüncü dəfə heç-heçə etdi — bu dəfə “Selta Viqo”ya qarşı...
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 8-ci turunda səfərə yollanan Madrid təmsilçisi yenə yalnızca 1 xal qazana bilir:
Selta 1 - 1 Atletiko Madrid
C. Starfelt 6' (ö.q)
Iago Aspas 68'
Qol:
https://t.me/doxsanplus/108801
Madrid təmsilçisi fransalı müdafiəçi Klemen Lenqlenin qırmızı vərəqə alması səbəbindən oyunun yarıdan çox hissəsini 10 nəfərlə keçirməli olub.
Dieqo Simeonenin komandası hazırda turnir cədvəlində 5-ci yerdədir — lider “Real Madrid”dən 8, ikinci yerdəki “Barselona”dan isə 6 xal geri qalır.
Qeyd: Kataloniyalılar isə bu gün “Sevilya”ya uduzublar.
© Copyright 2025, All Rights Reserved