“Atletiko” 2025-i qələbə və 3-cü yerlə tamamlayır
"Atletiko Madrid" son 13 oyundan 11-ci qələbəsini qazandı.
90plus.az xəbər verir ki, İspaniya La Liqasında mövsümün son - 17-ci turunda “Atletiko Madrid” əzmkarlığını göstərdi və “Jirona”nı səfərdə 3-0 hesabı ilə məğlub etdi. Bu qələbə ilə Simeonenin komandası son 13 matçdan 11-də qalib gəlmiş oldu:
Jirona 0 - 3 Atletiko Madrid
Koke 13’
Qallager 38’
Qrizmann 90+2’
Bu nəticədən sonra “Atletiko Madrid” hazırda “Barselona” və “Real Madrid”dən sonra La Liqada 3-cü pillədə qərarlaşıb.
Komanda mövsümün ikinci yarısına böyük əminliklə daxil olur və azarkeşlərini yeni qələbələr gözləyir.
© Copyright 2026, All Rights Reserved