“Atletiko” açılış turunda uduzdu

“Espanyol” “Atletiko”ya qarşı möhtəşəm dönüş etdi – tarixi an!
90plus.az xəbər verir ki, İspaniya La Liqasının açılış turunda inanılmaz hadisə yaşanıb. Meydan sahibi “Espanyol” “Atletiko Madrid”ə qarşı oyunda geri dönüş edərək möhtəşəm qələbə qazanıb – 2:1.
Qarşılaşmada hesabı qonaqlar açıb. “Atletiko”nun argentinalı hücumçusu Xulian Alvares 37-ci dəqiqədə fərqlənib. Lakin ikinci hissədə “Espanyol” oyunun gedişatını tam dəyişib. Əvvəlcə Migel Rubio 73-cü dəqiqədə cərimə zərbəsindən tarixi qol vurub, daha sonra 84-cü dəqiqədə Pere Milla həlledici qolu ilə katalon klubuna qələbə qazandırıb.
Bu qolla Migel Rubio, Dieqo Simeone dövründə La Liqanın açılış turunda “Atletiko Madrid”ə cərimə zərbəsindən qol vuran ikinci futbolçu olub. Ondan əvvəl bu uğura yalnız 2017-ci ildə “Jirona”nın hücumçusu Kristyan Stuani nail olmuşdu.
Beləliklə, “Espanyol” yeni mövsümə möhtəşəm start verərək azarkeşlərini sevindirib.
Meydan sahibləri “Atletiko”ya qarşı oyunu tam çevirib və möhtəşəm qələbə qazanır!
Espanyol 2 - 1 Atletiko Madrid
J. Alvares 37’
M. Rubio 73’
Pere Milla 84’
Qollar:
https://t.me/doxsanplus/106337
https://t.me/doxsanplus/106341
https://t.me/doxsanplus/106342
“Espanyol”un futbolçusu Migel Rubio Dieqo Simeone dövründə La Liqanın açılış turunda “Atletiko Madrid”ə cərimə zərbəsindən qol vuran ikinci oyunçu oldu.
Ondan əvvəl bunu 2017-ci ildə “Jirona”nın hücumçusu Kristyan Stuani etmişdi.
© Copyright 2025, All Rights Reserved