"Atletiko" Almaniyadan futbolçu alır
"Bayer Leverkuzen" futbolçusu İbrahim Maza karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Atletiko Madrid" əlcəzairli hücumameyilli yarımmüdafiəçini transfer etmək niyyətindədir.
Madrid klubu Mazanı yayda heyətinə qatmağa çalışacaq və 20 yaşlı oyunçu üçün "Bayer Leverkuzen"ə 35 milyon avro ödəməyə hazırdır.
"Bayer Leverkuzen" İbrahim Mazau mövsümün əvvəlində "Herta"dan 12 milyon avroya transfer edib. Əlcəzair millisinin üzvü Leverkuzen təmsilçisinin heyətində 32 rəsmi oyunda iştirak edib, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved