“Atletiko” Ansu Fatini transfer hədəfinə alıb

“Atletiko Madrid” Ansu Fatini transfer hədəfinə alıb 🇪🇸🚨
90plus.az xəbər verir ki, “Atletiko Madrid” “Monako”da parlayan Ansu Fatinin çıxışını yaxından izləyir və futbolçunun transferinə maraq göstərir.
“Fichajes” nəşri bu barədə yazıb. “Barselona”nın yetirməsi cari mövsümdə Liqa 1-də cəmi 126 dəqiqə meydanda olsa da, artıq 5 qol vurmağı bacarıb.
Bu göstərici Madrid klubunun diqqətindən yayınmayıb və “Atletiko” rəhbərliyi gənc hücumçunun vəziyyətini monitorinq altında saxlayır.
Bununla belə, Fatinin “Barselona” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Buna görə də kataloniyalılar onun transferi üçün yüksək məbləğ tələb edə bilər.
Xatırlatma: 21 yaşlı Ansu Fati bu mövsüm icarə əsasında “Monako”da çıxış edir və Liqa 1-də möhtəşəm performansı ilə diqqət mərkəzinə düşüb.
© Copyright 2025, All Rights Reserved