“Atletiko” ilk 3 turdur, qalib gəlmir

"Atletiko Madrid" İspaniya La Liqasında qələbə üzünə həsrətdir: 3 oyuna cəmi 2 xal!
90plus.az xəbər verir ki, bu dəfə "Alaves" səfərinə yollanan Dieqo Simeonenin kollektivi 1 xalla dönüb:
Alaves 1-1 Atletiko Madrid
Simeone 7'
Vicente 14'
Bu nəticə ilə madridlilər 14-cü pillədə qalıb və 2009/10 mövsümündən bəri ilk dəfə ilk üç turda qələbə sevinci yaşaya bilməyib.
Klub son dəfə 2009/10 mövsümündə, Abel Resino dönəmində ilk 5 turda qələbə qazanılmamışdı.
© Copyright 2025, All Rights Reserved