"Atletiko Madrid" "Fənərbağça"nın istədiyi futbolçunu alır
“Atletiko Madrid” Ademola Lukmanı heyətinə qatır.
90plus.az xəbər verir ki, İspaniyanın “Atletiko Madrid” klubu qış transfer dönəmində “Atalanta”nın hücumçusu Ademola Lukman üçün yekun razılığa gəlib.
İspaniya nəhəngləri 28 yaşlı nigeriyalı futbolçunun xidmətlərinə yiyələnmək üçün 35 milyon avro sabit məbləğ və əlavə 5 milyon avro bonus ödəyəcək.
“Atletiko Madrid” hazırda Lukman üçün tibbi testləri planlaşdırır. Futbolçu baş məşqçi Dieqo Simeone ilə birbaşa danışıqlardan sonra keçid üçün razılıq verib.
Lukman 2024/25 mövsümündə bütün turnirlərdə 20 qol və 7 məhsuldar ötürmə ilə möhtəşəm performans göstərərək Avropanın ən yaxşı hücumçularından biri olduğunu sübut edib.
© Copyright 2026, All Rights Reserved