"Atletiko Madrid" Simeone haqqında qərarını verdi - Gələn mövsüm...
"Atletiko Madrid" baş məşqçi məsələsinə aydınlıq gətirib.
90plus.az xəbər verir ki, klub rəhbərliyi Dieqo Simeone ilə bağlı yekun qərarını verib. İddialara baxmayaraq, Madrid təmsilçisi təcrübəli mütəxəssislə ən azı daha bir il davam etmək niyyətindədir.
Daha əvvəl Dieqo Simeonenin növbəti mövsümdən "İnter"ə baş məşqçi kimi keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Qeyd: 2011-ci ildən "Atletiko Madrid"i çalışdıran argentinalı məşqçi bu müddət ərzində 785 oyunda orta hesabla 1.99 xal toplayıb. O, komanda ilə 2 dəfə La Liqa, 2 UEFA Avropa Liqası, 2 UEFA Super Kuboku, 1 İspaniya Kuboku və 1 İspaniya Super Kuboku qazanıb.
© Copyright 2026, All Rights Reserved