“Atletiko” “Real”dan tarixi qələbə qopartdı

İspaniya La Liqasının 7-ci turunda baş tutan Madrid derbisi əsl qol yağışına səhnə oldu.
90plus.az xəbər verir ki, “Atletiko Madrid” öz meydanında “Real Madrid”i 5:2 hesabı ilə məğlub edərək mövsümdəki üçüncü qələbəsini qazandı.
“Vanda Metropolitano” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri oyuna Oblak, Lyorente, Le Normand, Lengle, Hançko, Simeone, Koke, Barrios, Qonzales, Sörlot və Alvares 11-likləri ilə başladı.
“Real Madrid” isə meydana Kurtua, Karvaxal, Militao, Xoysen, Karerras, Valverde, Tçuameni, Bellingem, Arda Güler, Mbappe və Vinisius ilə çıxdı.
Qarşılaşmada “Atletiko Madrid”in qollarını Robin Le Normand, Aleksandr Sörlot, Xulian Alvares (2) və Antuan Qrizmann vurdu.
“Real Madrid”in heyətində isə ilk qolu Kilian Mbappe, ikinci qolu isə Arda Güler qeyd etdi. Arda Mbappenin vurduğu ilk qolda da assist müəllifi oldu:
Atletiko Madrid 5-2 Real Madrid
Normand 14'
Mbappe 25'
Arda 35'
Alvarez 51' (p), 63’
Qrizmann 90+3'
Bu nəticədən sonra “Atletiko Madrid” xallarını 12-yə yüksəltdi. “Real Madrid” isə 18 xalla zirvədə qalmağa davam edir.
Xabi Alonsonun rəhbərliyi altında “Real Madrid” La Liqada ilk 6 matçını qələbə ilə başa vuraraq derbiyə məğlubiyyətsiz gəlmişdi. Lakin bu dəfə “Atletiko Madrid” qarşısında aciz qalan komanda, mövsümdə ilk məğlubiyyətini yaşadı. “Real Madrid” UEFA Çempionlar Liqasında isə ilk turda “Marsel”ə qalib gəlmişdi.
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/108315
https://t.me/doxsanplus/108322
https://t.me/doxsanplus/108324
https://t.me/doxsanplus/108335
https://t.me/doxsanplus/108308
https://t.me/doxsanplus/108312
https://t.me/doxsanplus/108313
© Copyright 2025, All Rights Reserved