"Atletiko"da yeni transferdən rekord göstərici
90plus.az xəbər verir ki, İspaniya çempionatının 25-ci turunda “Atletiko” öz meydanında “Espanyol”u 4-2 hesabı ilə məğlub edib.
Madridlilərin qollarından birini vinger Ademola Lukman vurub. 28 yaşlı futbolçu bütün yarışlarda ilk 6 oyununda 4 qol vuraraq, komandanın 2013/14 mövsümündən bəri ən yüksək göstəricisinə bərabər nəticə göstərib.
Bu mövsüm Lukman 25 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved