"Atletiko"nun futbolçusu "Flamenqo"ya keçdi

Samuel Lino "Atletiko" klubundan "Flamenqo"ya transfer olunub.
90plus.az xəbər verir ki, Madrid təmsilçisi yay fasiləsində artıq ikinci oyunçusunu Braziliya klubuna yollayıb. Linodan əvvəl Saul Niqes də "Atletiko"nu tərk edərək "Flamenqo"ya keçmişdi.
25 yaşlı cinah oyunçusu ilə 4 illik müqavilə imzalanıb. Onun transferinin dəyəri 22 milyon avro təşkil edib.
Qeyd: Braziliyalı futbolçu ötən mövsüm 31 oyunda iştirak edib və 3 dəfə rəqib qapısına yol tapıb. Samuel daha əvvəl "Sao Bernardo", "Jil Visente" və "Valensiya" komandalarının formasını geyinib.
© Copyright 2025, All Rights Reserved