“Atletiko”ya yeni müdafiəçi gəldi

“Atletiko Madrid” Mark Pubili transfer etdi.
90plus.az xəbər verir ki, “Atletiko Madrid” yay transfer pəncərəsində müdafiə xəttinə yeni əlavə edib. Madrid klubu "İspaniya U-21 millisinin üzvü Mark Pubili ilə 5 illik müqavilə imzalayıb.
Transferin detallarını jurnalist Fabrizio Romano açıqlayıb. Onun məlumatına görə, “Atletiko” futbolçunun keçidi üçün ümumilikdə 20 milyon avro (bonuslar daxil olmaqla) ödəyib.
“Atletiko Madrid” rəhbərliyi “Almeriya” ilə danışıqları qısa müddətdə yekunlaşdıraraq bu gün transferi rəsmiləşdirib. Artıq bütün sənədlər imzalanıb və futbolçunun təqdimatı yaxın günlərdə baş tutacaq.
21 yaşlı sağ cinah müdafiəçisi ötən mövsüm Premyer Liqa təcrübəsi qazandıqdan sonra “Atletiko”nun gələcək planlarında önəmli yer tutacaq.
© Copyright 2025, All Rights Reserved