Avro-2024: Seçilmiş 11 nəfər
İspaniyanın 4-cü dəfə çempionluğu ilə bitən Avro-2024-ün rəmzi 11-liyi açıqlanıb.
90plus.az xəbər verir ki, rəmzi heyətdə İspaniya (6 futbolçu), İngiltərə, Almaniya, İsveçrə və Fransa yığmalarının üzvləri var:
Qapıçı: Mayk Menyan (Fransa);
Müdafiəçilər: Kayl Uoker (İngiltərə), Manuel Akanji (İsveçrə), Uilyam Saliba (Fransa), Mark Kukurella (İspaniya);
Yarımmüdafiəçilər: Rodri, Daniel Olmo, Fabian Ruiz (hamısı İspaniya);
Hücumçular: Lamin Yamal, Niko Uilyams (hər ikisi İspaniya), Camal Musiala (Almaniya).
Qeyd: Turnirin ən yaxşı futbolçusu İspaniyanın 28 yaşlı oyunçusu Rodri seçilib.
© Copyright 2026, All Rights Reserved