AVRO-2027 bu ölkələrdə keçiriləcək
21 yaşadək futbolçular arasında 2027-ci il Avropa çempionatının final mərhələsinin ev sahibləri müəyyənləşib.
90plus.az xəbər verir ki, bu qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Albaniya və Serbiya turnirin ev sahibləri olaraq təsdiqlənib.
16 komandanın iştirak edəcəyi final mərhələsi Albaniyada (Tirana, Şkoder, Elbasan və Roqojina) və Serbiyada (Novi Sad, Loznitsa, Leskovac və Zajecar) ümumilikdə 8 stadionda keçiriləcək. Açılış oyunu Serbiyada, final qarşılaşması isə Albaniyada baş tutacaq.
Hər iki ölkə ilk dəfə gənclər arasında Avropa çempionatına ev sahibliyi edəcək.
Qeyd: 21 yaşadək futbolçular arasında 2025-ci il Avropa çempionatı Slovakiyada keçiriləcək. Turnirin son qalibi İngiltərə yığmasıdır.
© Copyright 2026, All Rights Reserved