AVRO 2028, final: “Uembli”də olacaq
UEFA 2028-ci il Avropa Futbol Çempionatının (EURO 2028) açılış və final oyunlarının keçiriləcəyi məkanları açıqlayıb.
90plus.az xəbər verir ki, 9 iyun 2028-ci ildəki açılış matçı Uelsin paytaxtı Kardiffdə yerləşən Uels Milli Stadionunda keçiriləcək. Final qarşılaşması isə 9 iyul 2028-ci ildə İngiltərənin paytaxtı Londondakı “Vembli” stadionunda baş tutacaq.
Yarımfinal matçları 4–5 iyul 2028 tarixlərində oynanacaq.
Eyni zamanda, Avro 2028-in seçmə mərhələlərinin püşkü 6 dekabr 2026-cı il tarixində Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək.
İngiltərə, İrlandiya Respublikası, Şotlandiya və Uelsin birgə təşkil edəcəyi turnirdə 24 ölkə mübarizə aparacaq.
© Copyright 2026, All Rights Reserved