Avro U-21: Millimizin matçının yeri və zamanı

U-21 millimizin Portuqaliya ilə oyununun yeri və vaxtı açıqlandı.
90plus.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk matçını səfərdə keçirəcək. B qrupunun I turunda rəqib Portuqaliya olacaq.
Görüş sentyabrın 5-də Barseluş şəhər stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Millimiz seçmə mərhələnin ikinci turunu isə sentyabrın 9-da keçirəcək. “Dalğa Arena”da təşkil olunacaq bu qarşılaşmada rəqib Bolqarıstan yığması olacaq.
© Copyright 2025, All Rights Reserved