Avroliqada yeni mövsümün təqvimi açıqlandı

Avropa basketbolunun ən nüfuzlu turniri olan THY Avroliqada 2025–2026 mövsümünün təqvimi açıqlanıb.
90plus.az xəbər verir ki, turnirin təşkilatçılarının verdiyi məlumata görə, bu mövsüm də 20 komanda mübarizə aparacaq və normal mövsümdə hər klub 38 oyun keçirəcək.
Yeni mövsüm 30 sentyabr 2025-ci il tarixində start götürəcək və 17 aprel 2026-cı ildə başa çatacaq.
Normal mövsüm başa çatdıqdan sonra ilk 6 yeri tutan komandalar birbaşa pley-off mərhələsinə vəsiqə qazanacaq. 7–10-cu yerlərdə qərarlaşanlar isə pley-in oyunlarında qarşılaşacaq. Bu mərhələ 21 və 24 aprel tarixlərində baş tutacaq.
Pley-in oyunlarının qalibləri də pley-off mərhələsinə yüksələcək və 28 aprel tarixində başlayan qarşılaşmalar ən geci 13 mayda başa çatacaq. Burada uğur qazanan 4 komanda isə Dördlü Final mərhələsində mübarizə aparacaq. Yarı final oyunları 22 may, final qarşılaşması isə 24 may 2026-cı ildə keçiriləcək.
Liqa bu mövsüm “Dubay Basketbol” və “Valensiya Basket” klublarını da öz sıralarına daxil edib. “Dubay Basketbol” ilk turda Serbiyanın “Partizan” klubunu, “Valensiya Basket” isə Fransanın “LDLC Asvel Vilörban” komandasını qəbul edəcək.
30 sentyabr, çərşənbə axşamı
19:00 — "Hapoel Tel-Əviv" – "Barselona"
19:00 — "Dubay Basketbol" – "Partizan"
20:45 — "Anadolu Efes" – "Makkabi Tel-Əviv"
21:00 — "Srvena Zvezda" – "EA7 Milan"
21:15 — "Panatinaikos" – "Bayern Münhen"
21:30 — "Baskoniya" – "Olimpiakos"
21:45 — "Virtus Bolonya" – "Real Madrid"
1 oktyabr, çərşənbə
20:30 — "Monako" – "Jalqiris Kaunas"
20:45 — "Fənərbağça Beko" – "Paris Basketbol"
21:00 — "LDLC Asvel Vilörban" – "Valensiya Basket"
© Copyright 2025, All Rights Reserved