Avropa Çempionatı, Basketbol: Türkiyə finalda

Türkiyənin kişilərdən ibarət basketbol komandası Avropa Çempionatı 2025-də möhtəşəm qələbə ilə finala yüksəlib.
90plus.az xəbər verir ki, "12 Dev Adam” yarımfinalda Yunanıstanı 94:68 hesabı ilə darmadağın edərək ən azı gümüş medalı təmin edib.
24 ildən sonra Avropa Çempionatında final oynayacaq millinin lideri Ercan Osmani olub – 28 xalla matçın ən yaxşısı seçilib.
Türkiyə Yunanıstanı rəsmi oyunda 15 ildən sonra məğlub etməklə tarixi seriyanı da qırıb.
Finalda millilər kubok uğrunda Almaniya ilə qarşılaşacaq.
Türkiyə – Yunanıstan: 94-68
Matçın adamı: Ercan Osmani (28 xal).
© Copyright 2025, All Rights Reserved