Avropa klubu "Sumqayıt"ın futbolçusunu istəyir
Azərbaycan millisinin və “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə xarici klubların diqqətini çəkib.
90plus.az xəbər verir ki, Albaniyanın “Partizani” klubu “Sumqayıt”ın kapitanını transfer etməyi planlaşdırır.
Albaniya klubu mövsümün sonunda Abdullazadə üçün rəsmi addımlar atacaq. Onlar Səbuhiyə artıq mövsümün əvvəlindən maraq göstərirlər və mövsüm başa çatdıqdan sonra futbolçunun keçidi ilə bağlı danışıqlara başlayacaqlar.
24 yaşlı oyunçunun “Sumqayıt”la müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved