Avropa Liqasında 15 illik əməkdaşlığa son

90plus.az xəbər verir ki, basketbol üzrə Avropa Liqası ("EuroLeague") “Türk Hava Yolları” ilə 15 il davam edən ad sponsorluğu müqaviləsinin başa çatdığını rəsmən açıqladı.
Turnirin rəsmi saytında yayımlanan açıqlamada, “Türk Hava Yolları”na uzunmüddətli dəstəyə görə təşəkkür edilib və yarışın bundan sonra sadəcə Avropa Liqası markası altında fəaliyyət göstərəcəyi bildirilib.
Avropa Liqasının baş icraçı direktoru Paulius Motiejunas bildirib ki, “Türk Hava Yolları”nın verdiyi dəstək müasir Avropa Liqasının formalaşmasında mühüm rol oynayıb:
“Bu əməkdaşlıq ticarət sponsorları ilə idman qurumları arasında sinerji baxımından yüksək standart müəyyən etdi və qlobal idman dünyasında ən uğurlu tərəfdaşlıqlardan biri oldu.”
Motiejunas həmçinin qeyd edib ki, bu dəyişiklik liqanın inkişafında mühüm dönüş nöqtəsidir və yeni strategiya ilə daha geniş auditoriyaya çatmağı, azarkeşlərlə əlaqəni gücləndirməyi və iştirakçı klublara misilsiz dəyər təqdim etməyi qarşıya məqsəd qoyublar.
Qeyd: "Türk Hava Yolları" 2010-cu ildən bəri "Avropa Liqası"nın əsas sponsorlarından biri idi və turnir bu müddət ərzində "Türk Hava Yolları Avropa Liqası" adı ilə tanınırdı.
© Copyright 2025, All Rights Reserved