Avropa Liqasının ən yaxşı futbolçusu odur
"Aston Villa" klubunun ulduzu Morqan Rocers rəsmi olaraq Avropa Liqasının mövsümün ən yaxşı futbolçusu seçilib.
90plus.az xəbər verir ki, 23 yaşlı futbolçu İstanbulda "Frayburq" klubuna qarşı keçirilən final matçında turnirin ən yaxşı oyunçularından biri olub. O, “Aston Villa”nın 3:0 hesablı qələbəsində 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ümumilikdə, Rocers Avropa Liqasında 15 oyunda 3 qol vurub və 5 assist edib.
Onun həftəsi cümə günü daha da yaxşı keçə bilər. Belə ki, futbolçunun İngiltərə milli futbol komandası millisinin Dünya Çempionatı üçün açıqlanacaq 26 nəfərlik heyətinə daxil ediləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved