Avropa nəhəngləri "Real Madrid"in futbolçusuna göz qoydular
"Real Madrid"in müdafiəçisi Antonio Rüdigerlə bağlı diqqətçəkən transfer iddiaları ortaya çıxıb.
90plus.az xəbər verir ki, mövsümün sonunda Madrid klubu ilə müqaviləsi başa çatacaq Antonio Rüdiger bir neçə Avropa nəhənginin diqqət mərkəzinə düşüb.
Məlumata görə, "Yuventus" başda olmaqla "Liverpul" və "Mançester Yunayted" kimi klublar 33 yaşlı futbolçunun transferi üçün hərəkətə keçib.
İddialara əsasən, İtaliya təmsilçisi "Yuventus" alman müdafiəçiyə illik 5 milyon avro maaş olmaqla 2+1 illik müqavilə təklif edib.
Qeyd: Bu mövsüm zədələr və qeyri-sabit forma səbəbindən bir çox oyunu buraxan Antonio Rüdiger ümumilikdə 18 matçda meydana çıxıb və 1 qol vurub.
© Copyright 2026, All Rights Reserved