Avropada püşkatma günü: 1/8 final mərhələsinin püşkü
Avropa kuboklarında 2025/26 mövsümünün 1/8 final mərhələsinin püşkü bu gün atılacaq. UEFA tərəfindən təşkil olunan UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqası turnirlərində növbəti mərhələnin mümkün cütlükləri bəlli olacaq.
90plus.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində yerləşən UEFA qərargahında keçiriləcək.
Çempionlar Liqasının püşkü Bakı vaxtı ilə saat 15:00-da, Avropa Liqasının püşkü Bakı vaxtı ilə 16:00-da, Konfrans Liqasının püşkü isə Bakı vaxtı ilə 17:00-da atılacaq.
© Copyright 2026, All Rights Reserved