Avropanın gözü Mark Qehidədir
Mark Qehi Avropanın böyük klublarının diqqət mərkəzindədir.
90plus.az xəbər verir ki, "Kristal Pelas"ın müdafiəçisi Mark Qehi Avropanın ən nüfuzlu klublarının maraq dairəsindədir. Futbolçunun adı "Liverpul", "Bayern Münhen", "Barselona” və “Real Madrid” ilə hallanır.
Fabrizio Romano xəbər verir ki, Qehinin "Pelas"dakı gələcəyi hələ də qeyri-müəyyəndir. İngiltərəli müdafiəçi keçən yay "Liverpul"a keçməyə yaxın olsa da, son mərhələdə transfer baş tutmayıb. "Qırmızılar” Qehiyə maraqlarını saxlayır və yay transfer pəncərəsində yenidən gündəmə gətirə bilərlər.
"Bayern Münhen" də mərkəz müdafiəsinə gücləndirmə planları çərçivəsində Qehi ilə bağlı iki görüş keçirib. Romano qeyd edir ki, bu vəziyyət Almaniya klubunun müdafiəçisi Dayo Upamekanonun müqaviləsini uzadıb-uzatmayacağına bağlı ola bilər.
Eyni zamanda, “Barselona” və “Real Madrid” Qehinin vəziyyətini yaxından izləyirlər, lakin indiyə qədər konkret təkliflər yoxdur. Romano İtaliya klublarının bu transferdə real şansı olmadığını da əlavə edib.
Hazırda Qehinin "Kristal Pelas"dan ayrılması ehtimal olunur və yay pəncərəsində onun yeni klubu böyük maraqla izlənəcək.
© Copyright 2025, All Rights Reserved