“Ayaks” baş məşqçisi Con Heytinqa ilə yollarını ayırdı
Hollandiya təmsilçisi “Ayaks” “Qalatasaray”la keçirilən və 0:3 hesabı ilə uduzduğu qarşılaşmadan sonra baş məşqçi Con Heytinqa ilə yollarını ayırıb.
90plus.az xəbər verir ki, mövsümün əvvəlində Françesko Farioli ilə yollarını ayıran “Ayaks” komandanın rəhbərliyini Heytinqaya tapşırmışdı. Lakin hollandiyalı mütəxəssis gözlənilən nəticələri əldə edə bilməyib.
Çempionlar Liqasında keçirdiyi 4 oyunun hamısında məğlub olan, Hollandiya çempionatında isə 11 turda 20 xal toplayaraq 4-cü pillədə qərarlaşan “Ayaks” rəhbərliyi Heytinqa ilə müqaviləni vaxtından əvvəl ləğv edib.
“Qalatasaray”la keçirilən görüşdən sonra çıxış edən Heytinqa vəzifəsində qalmaq istədiyini və komandanın doğru yolda olduğunu bildirmişdi. Lakin klubdan yayılan açıqlamada belə deyilir:
“Con Heytinqanın 2027-ci ilə qədər müqaviləsi var idi, lakin qarşılıqlı razılaşma ilə onunla yollarımızı ayırdıq. Yeni baş məşqçi təyin olunana qədər onun vəzifələrini Fred Qrim icra edəcək.”
© Copyright 2025, All Rights Reserved