"Ayaks" "Milan"dan İbrahimoviçi istəyir
“Ayaks” “Milan”ın futbolçusu Maksimilian İbrahimoviçi transfer etməyi planlaşdırır.
90plus.az xəbər verir ki, Maksimilian məşhur isveçli hücumçu Zlatan İbrahimoviçin oğludur. O, hazırda “Milan”ın gənclərdən ibarət komandası – “Milan Futuro”nun formasını geyinir.
19 yaşlı oyunçu bu mövsüm Seriya D-də 17 qarşılaşmada iştirak edib, 5 dəfə fərqlənib və 4 qol ötürməsi ilə yadda qalıb.
Gənc futbolçunun performansı “Ayaks”ın marağına səbəb olub. Bildirilir ki, tərəflər satınalma şərti ilə icarə variantı üzərində danışıqlar aparırlar.
© Copyright 2026, All Rights Reserved