"Ayntraxt" asiyalı oyunçu transfer etdi

Frankfurtun “Ayntraxt” klubu Yaponiya yığmasının hücum yönümlü yarımmüdafiəçisi Ritsu Doanı transfer edib.
90plus.az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.
27 yaşlı cinah yarımmüdafiəçisi əvvəllər “Frayburq” klubunda forma geyinib və onunla 2030-cu ilin 30 iyun tarixinədək müqavilə imzalanıb.
“Transfermarkt” saytının məlumatına əsasən, bu keçidin dəyəri 21 milyon avrodur.
Qeyd: Doan 2022-ci ildən bəri “Frayburq”un heyətində çıxış edirdi. Bu müddətdə 123 matçda iştirak edən futbolçu 26 dəfə rəqib qapısına yol tapıb və 23 məhsuldar ötürmə ilə yadda qalıb. “Ayntraxt”ın yeni oyunçusu Yaponiya millisində isə 57 oyuna çıxıb və 10 qola imza atıb.
© Copyright 2025, All Rights Reserved