“Ayntraxt” Bakıda nə konfrans edəcək, nə də məşq
Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyundan öncə Bakıda mətbuat konfransı və açıq məşq təşkil etməyəcək.
90plus.az xəbər verir ki, Bundesliqa təmsilçisi yanvarın 20-də, qarşılaşmadan bir gün əvvəl axşam saatlarında Bakıya enəcək. Frankfurt təmsilçisi oyun başa çatdıqdan dərhal sonra Almaniyaya qayıdacaq.
Qeyd: UEFA-nın verdiyi cəzaya əsasən “Ayntraxt” azarkeşləri bu matçda tribunada yer ala bilməyəcəklər.
ℹ️ “Qarabağ” – “Ayntraxt” görüşü yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
© Copyright 2026, All Rights Reserved