"Ayntraxt" ispaniyalını məşqçi postuna gətirdi
“Ayntraxt” klubu Albert Rieranın baş məşqçi postuna təyin edildiyini rəsmən elan edib.
90plus.az xəbər verir ki, 43 yaşlı çalışdırıcı bu vəzifədə Dino Toppmöllerin yerini tutub. Frankfurt təmsilçisi Riera ilə 30 iyun 2028-ci il tarixinədək nəzərdə tutulan müqavilə bağlayıb. Mütəxəssis yeni komandasında fəaliyyətinə bazar ertəsi start verəcək.
Qeyd: Fevralın 1-də, bazar günü Riera Sloveniya çempionatında “Maribor”la keçiriləcək görüşdə “Çelye”nin baş məşqçisi kimi son dəfə meydana çıxacaq. Hazırda onun komandası cari mövsümdə ən yaxın rəqibini 12 xal qabaqlayaraq turnir cədvəlinin zirvəsində qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved