“Ayntraxt” Mario Götze ilə bağlı qərarı qışa saxladı
Frankfurt “Ayntraxt”ının yarımmüdafiəçisi Mario Götzenin klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.
90plus.az xəbər verir ki, komandanın idman direktoru Markus Kreşe 33 yaşlı futbolçunun gələcəyi barədə açıqlama verib:
“Biz Mario ilə qış fasiləsində görüşmək barədə razılığa gəlmişik. O, təcrübəli və komanda üçün çox önəmli futbolçudur. Yenə də ustalığı ilə bizə faydalı ola biləcəyini sübut edib. Heç bir təzyiq yoxdur. Düşünürəm ki, o, Frankfurtda özünü rahat hiss edir. Biz onun komandada olmasından razıyıq, qalan məsələlər isə zamanla dəqiqləşəcək”.
Qeyd: Götze bu mövsüm “Ayntraxt”ın heyətində bütün turnirlərdə 10 oyuna çıxıb və 2 qol ötürməsi ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved