"Ayntraxt"da "Alonso" modeli Rierada tutmadı
Almaniya Bundesliqa təmsilçisi "Ayntraxt Frankfurt"da baş məşqçi Albert Riera ilə bağlı narazılıqlar artmağa başlayıb.
Sportal.az xəbər verir ki, Sloveniyada göstərdiyi uğurlu nəticələrdən sonra "Ayntraxt Frankfurt"un sükanı arxasına keçən Albert Riera üçün vəziyyət getdikcə çətinləşir. Komandanın son turda "Maynts 05"ə məğlub olması və turnir cədvəlində ən yaxın rəqib "Bayer Leverkuzen"dən 8 xal geri düşməsi Avropa kuboklarına vəsiqə şansını azaldıb.
Məlumata görə, uğursuz nəticələr və komandanın oyun planı klub rəhbərliyində narazılığa səbəb olub. Artıq Albert Riera üzərində daxili təzyiqin artdığı bildirilir.
Bundan əlavə, ispan mütəxəssisin taktiki tapşırıqlarının kifayət qədər mürəkkəb olduğu, komanda daxilində keçirilən iclasların bəzən bir saatdan çox davam etdiyi və bu səbəbdən futbolçuların yorulduğu qeyd olunur.
"Maynts 05"lə oyundan sonra Albert Rieranın səsləndirdiyi fikirlərin də futbolçular tərəfindən birmənalı qarşılanmadığı bildirilir. O, açıqlamasında oyunçuların keyfiyyətinin son nəticədə həlledici rol oynadığını vurğulamışdı.
Qeyd: Albert Riera "Ayntraxt Frankfurt"un baş məşqçisi kimi keçirdiyi 7 oyunda 3 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə orta hesabla 1,57 xal toplayıb.
© Copyright 2026, All Rights Reserved