"Ayntraxt"la oyundan əvvəl "Qalatasaray"da ciddi itki

"Qalatasaray" UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Ayntraxt" komandası ilə qarşılaşacaq.
90plus.az xəbər verir ki, İstanbul klubunun bu oyuna ciddi itkisi var.
Komandanın hücumçusu Viktor Osimhen vacib görüşdə iştirak edə bilməyəcək. 26 yaşlı futbolçu Almaniyaya aparılmayıb.
Osimhen Nigeriya millisində çıxış edərkən zədələnib.
Qeyd: "Ayntraxt" – "Qalatasaray" oyunu sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
© Copyright 2025, All Rights Reserved