Ayxan Abbasov Emre Belezoğlu ilə görüşdü

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Ayxan Abbasov "Antalyaspor"un çalışdırıcısı Emre Belezoğlu ilə görüşüb.
90plus.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov yerli "Antalyaspor" klubunun düşərgəsində olub.
Abbasov Türkiyə Superliqasında çıxış edən komandanın baş məşqçisi Emre Belözoğlu ilə görüşüb. Mütəxəssislər görüş zamanı hər iki ölkə futbolu və komandaların hazırkı durumu barəsində fikir mübadiləsi aparıblar.
Ayxan Abbasov türkiyəli həmkarına milli komandamızın 5 nömrəli formasını hədiyyə edib.
© Copyright 2025, All Rights Reserved