Ayxan Abbasov milliyə gətirilir

Azərbaycanın U-21 millisinin yeni baş məşqçisi müəyyənləşəcək.
90plus.az xəbər verir ki, bu məsələ ilə bağlı AFFA rəhbərliyi ilə "Şamaxı" klubunun baş məşqçisi Ayxan Abbasov arasında danışıqlar aparılıb və razılıq əldə olunub. Rəsmi təyinat AFFA-nın İcraiyyə Komitəsi tərəfindən təsdiqlənəcək.
AFFA U-21 yığmasının rəhbərliyini Ayxan Abbasova həvalə edəcək.
Razılıq əsasında Abbasov həm klubda, həm də milli komandada fəaliyyət göstərəcək. Assosiasiyanın planına görə, "Şamaxı" klubu gənclər yığmasının əsas bazası funksiyasını yerinə yetirəcək.
Beləliklə, Azərbaycanın U-21 millisi Avro-2027-nin seçmə mərhələsində Ayxan Abbasovun rəhbərliyi altında mübarizə aparacaq. Seçmə mərhələdə B qrupunda yarışacaq komandamızın rəqibləri Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq olacaq.
Xatırlatma: Samir Əliyevin istefasından sonra U-21-in baş məşqçi postu boş qalmışdı.
© Copyright 2025, All Rights Reserved