Ayxan Abbasov “Şamaxı”dan getdi
"Şamaxı”da növbəti ayrılıq rəsmiləşib. Klub baş məşqçi Ayxan Abbasovla yolların ayrıldığını açıqlayıb.
90plus.az xəbər verir ki, bölgə təmsilçisinin yaydığı məlumata görə, 44 yaşlı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib. Bununla da Abbasovun 2024-cü ildən davam edən “Şamaxı” macərası yekunlaşıb.
Ayxan Abbasovun rəhbərliyi altında komanda iki mövsüm ərzində ümumilikdə 68 oyuna çıxıb. “Şamaxı” bu görüşlərdə 18 qələbə qazanıb, 19 dəfə heç-heçə edib və 31 məğlubiyyətlə üzləşib.
Klub açıqlamasında təcrübəli çalışdırıcıya təşəkkür edib:
“Klubumuz adından Ayxan Abbasova komandamızdakı fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.
Qeyd: Ayxan Abbasov hazırda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini də icra edir.
© Copyright 2026, All Rights Reserved