Azarkeşlər rəhbərliyi istefaya səslədi

“Seltik” azarkeşləri “Kayrat”la oyunda klub rəhbərliyinin istefasını tələb ediblər.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsində keçirilən ilk oyunda “Seltik” və “Kayrat” 0:0 hesablı heç-heçə ediblər.
İkinci hissənin ortalarında şotland klubunun azarkeşləri transferlərin azlığından narazı qaldıqları üçün tribunadan “Rəhbərliyə istefa” şüarını səsləndirməyə başlayıblar.
“Azarkeşlərin dediyini başa düşürəm, amma mən indiyə qədər istefaya göndərilən rəhbərlik görməmişəm. Adətən klublarda istefa verən məşqçi olur. Qovulan baş məşqçidir, rəhbərlik yox. Biz heyəti gücləndirməliyik, bunu azarkeşlər də görür. Amma baş məşqçi olaraq məsuliyyəti mən daşıyıram”, – deyə “Seltik”in çalışdırıcısı Brendan Rodcers bildirib.
© Copyright 2025, All Rights Reserved