Azər Bağırov “Kəpəz”in baş məşqçisidir

Azər Bağırov “Kəpəz”lə razılığa gəlib.
90plus.az xəbər verir ki, mütəxəssis Azər Bağırov Gəncə təmsilçisi “Kəpəz”lə əməkdaşlıq barədə razılığa gəlib.
Bağırov bildirib ki, bir çox məsələlərdə artıq razılıq əldə olunub:
“Demək olar ki, razılaşmışıq. Tam rəsmi açıqlama olmadığı üçün uzun-uzadı danışa bilmirəm. İnşallah, rəsmiləşəcək və hədəflərimiz barədə danışacağıq.”
🔗 Report
Qeyd: “Kəpəz” bundan əvvəl baş məşqçi Adil Şükürovla yollarını ayırmışdı. Komanda Misli Premyer Liqasında keçirdiyi 6 oyunda məğlubiyyətlə üzləşmişdi.
Azər Bağırov 2024/25 mövsümündə də Gəncə klubunda baş məşqçi postunu tutmuşdu.
© Copyright 2025, All Rights Reserved