Azərbaycan basketbolçuları çempion oldular

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Seriyasının Sumqayıt mərhələsində çempion olub.
90plus.az xəbər verir ki, milli komandamız həlledici görüşdə Latviyanı 15:12 hesabı ilə məğlub edib. Beləliklə, yığma Dünya Seriyasının Sumqayıt mərhələsində çempion olub.
Xatırlatma: Qızlarımız yarımfinalda "Rapid"i (Buxarest) 21:15 hesabı ilə məğlub etmiş, 1/4 finalda Çinə 18:12 hesabı ilə qalib gəlmişdi.
Qeyd: Yığma qrupda keçirdiyi matçlarda Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlubiyyətə uğradıb.
© Copyright 2025, All Rights Reserved