Azərbaycan basketbolunda tarixi uğur
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi tarixi uğura imza atıb.
Komandamız 3x3 Çempionlar Kubokunda ikinci yeri tutaraq gümüş medal qazanıb.
90plus.az xəbər verir ki, final görüşündə yığmamız Niderland millisi ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 21:12 hesablı qələbəsi ilə başa çatıb.
Buna baxmayaraq, Azərbaycan millisi turnirdə ilk iştirakında finala qədər irəliləməyi bacarıb. Komandamızın gümüş medal qazanması ölkə basketbolu üçün mühüm nəticə kimi tarixə düşüb.
Qeyd: Azərbaycan yığması turnir boyunca uğurlu çıxışı ilə diqqət çəkib və debüt etdiyi yarışda finala yüksələrək böyük nailiyyət əldə edib.
© Copyright 2026, All Rights Reserved