Azərbaycan - Belarus: 1 dəqiqəlik sayğı duruşu olacaq!

Bu gün Azərbaycan millisinin Belarusla yoldaşlıq matçı 1 dəqiqəlik sükutla start götürəcək.
90plus.az xəbər verir ki, görüşdən əvvəl Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək:
AFFA-dan açıqlama: "Azərbaycan milli komandasının Belarus yığması ilə bu gün "Bank Respublika Arena"da keçirəcəyi yoldaşlıq görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Sükut zamanı mərhumun şəkli stadiondakı tabloda öz əksini tapacaq".
Qeyd: Matç saat 21:45-də başlayacaq. CBC Sportla canlı yayımlanacaq.
📰: AFFA-nın saytı
© Copyright 2025, All Rights Reserved