Azərbaycan Belarusla qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama vaxtı müəyyənləşib.
90plus.az xəbər verir ki, təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 2-də Minskə yollanacaq U-21 ayın 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00 başlayacaq.
© Copyright 2025, All Rights Reserved