Azərbaycan çempionatında 8 ildən sonra rekord yeniləndi
Misli Premyer Liqasında cari mövsümün ən yüksək tamaşaçı göstəricisi qeydə alınıb.
90plus.az xəbər verir ki, rekord XXII turun son qarşılaşmasına təsadüf edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Sabah” görüşünü (3:3) 10 min 361 azarkeş stadiondan izləyib.
Bundan əvvəlki ən yüksək göstərici XII turda qeydə alınmışdı. 21 noyabr 2025-ci ildə baş tutan “Sumqayıt” – “Qarabağ” matçını 9100 tamaşaçı izləyib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan həmin qarşılaşmada qonaqlar 4:2 hesablı qələbə qazanıblar.
“Qarabağ” – “Sabah” duelindəki rəqəm təkcə bu mövsüm üçün deyil, ümumilikdə son 8 ilin ən yaxşı nəticəsidir. Daha böyük tamaşaçı sayı sonuncu dəfə 2017/18 mövsümündə qeydə alınıb. 5 noyabr 2017-ci ildə Gəncə şəhər stadionunda keçirilən XI turun “Kəpəz” – “Qarabağ” oyununu (0:2) 13 min 300 azarkeş izləyib.
© Copyright 2026, All Rights Reserved