Azərbaycan güləşçisindən Dünya çempionatında bürünc medal

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı davam edir.
90plus.az xəbər verir ki, yarışın üçüncü günündə sərbəst güləş üzrə yığmamız daha bir medal əldə edib.
79 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Hacıyev təsəlliverici görüşdə yaponiyalı Ryunosuke Kamiyaya 5:3 hesabı ilə qalib gəlib. Debütant güləşçimiz bürünc medal uğrunda qarşılaşmada isə iranlı Mohammad Noxodilarimiyə 2:4 hesabı ilə uduzaraq mundialı 5-ci pillədə başa vurub.
92 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov isə bürünc medal uğrunda gürcüstanlı Miriani Maysuradze ilə qarşılaşıb. Görüş boyu rəqibindən üstün olan təmsilçimiz 5:1 hesablı qələbə ilə dünya üçüncüsü adına yiyələnib. Bu, onun dünya çempionatlarında qazandığı 4-cü medaldır.
Beləliklə, Azərbaycan yığmasının Zaqreb mundialında qazandığı medalların sayı dördə çatıb.
Qeyd: Daha əvvəl Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc medal əldə etmişdilər.
© Copyright 2025, All Rights Reserved