Azərbaycan idmanında itki
Ölkənin ilk cüdo məşqçilərindən biri və yığma komandanın ilk baş məşqçilərindən olan Əhmədov Əziz-Ağa Ata-Baba oğlu (11.09.1946 – 06.03.2026) vəfat edib.
90plus.az xəbər verir ki, uzun illər gənc idmançıların yetişməsində böyük xidmətləri olan Əziz-Ağa müəllimin yetirmələri arasında cüdo üzrə dəfələrlə dünya və Avropa mükafatçısı, sambo üzrə 4 dəfə dünya və 5 dəfə Avropa çempionu, əməkdar idman ustası Natiq Bağırov, dəfələrlə Azərbaycan və ümumittifaq turnirlərinin qalibləri İsmət İskəndərov, Asif Yusifov, Arif Yusifov, Arif Qasımov, Azərbaycanın əməkdar məşqçiləri Ruzbeh Vəliyev və Rauf Vəliyev, Etibar Bağırov, Azərbaycanın əməkdar rəssamı Müseyib Əmirov, Avropa çempionatının gümüş mükafatçısı Tərlan Poladov, VIII SSRİ Xalqlarının Spartakiadasının mükafatçısı İlham Cəfərov, İrsil Xaimov, Əkbər Kərimov, Anatoliy Kaxaneviç, Mirəli Seyidov və yüzlərlə digər idmançı yer alıb.
© Copyright 2026, All Rights Reserved