Azərbaycan Kuboku, Final: Məkan məlumdur

Azərbaycan Kubokunun finalının yeri və tarixi açıqlandı.
90plus.az xəbər verir ki, futbol üzrə Azərbaycan Kubokunun 2024/25 mövsümündə keçiriləcək final oyununun vaxtı və məkanı müəyyənləşib.
Ölkə kubokunun püşkatma mərasimində verilən məlumata görə, həlledici görüş 13 may tarixində baş tutacaq. Final matçı paytaxtda yerləşən "Neftçi Arena”da oynanılacaq.
Xatırlatma: Ötən mövsüm Azərbaycan Kubokunun qalibi “Sabah” klubu olmuşdu.
© Copyright 2025, All Rights Reserved