Azərbaycan Kuboku: "Turan Tovuz" yarımfinalda
Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yüksələn daha bir komanda bəlli olub.
90plus.az xəbər verir ki, "Turan Tovuz" 1/4 finalın cavab qarşılaşmasında "Kəpəz PFK" üzərində 2:0 hesablı qələbə qazanıb.
Matçda qolları 13-cü dəqiqədə Xorxe Silva və 51-ci dəqiqədə Hayderson Hurtado vurublar.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
İlk görüşdə də 1:0 hesabı ilə qalib gələn "Turan Tovuz" iki oyunun nəticəsinə görə yarımfinala vəsiqə əldə edib. Komanda növbəti mərhələdə "Zirə FK" ilə qarşılaşacaq.
1/4 final mərhələsinin son oyununda isə "Sabah FK" səfərdə "Qəbələ FK" ilə üz-üzə gələcək (ilk oyun – 0:0).
© Copyright 2026, All Rights Reserved