Azərbaycan - Macarıstan oyunu olacaq

Azərbaycan millisinin yoldaşlıq oyunlarındakı daha bir rəqibi müəyyənləşib.
99plus.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Yığmamız Macarıstanla qarşılaşacaq. Qarşılaşma iyunun 10-da ölkəmizdə baş tutacaq. Görüşün başlama saatı və stadionu hələ dəqiqləşməyib.
Qeyd: millimiz martın 25-də Bakıda Belarus yığması ilə görüşəcək.
© Copyright 2025, All Rights Reserved